Daha bir hərbçimiz dünya çempionu oldubackend

Daha bir hərbçimiz dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda 77 kiloqram çəki dərəcəsində MOİK nümayəndəsi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovla qarşılaşıb. Gərgin keçən görüşdə həmyerlimiz 5-2 hesabı ilə qalib gələrək dünya çempionu adına layiq görülüb.

Qeyd edək ki, H.Əliyev hərbçilər arasında keçirilən dünya çempionatlarında ikinci dəfə qızıl medal qazanır. Bundan əvvəl o, 2016-cı ildə Makedoniyada keçirilən dünya çempionatında birinci yerə çıxaraq fəxri kürsünün ən yüksək pilləsini tutub.

İnterpress.az