Tanınmaz hala düşən məşhur meyxanaçı İZLƏYİCİLƏRİNƏ ƏSƏBLƏŞDİ – AYIB OLSUN – FOTO – VİDEObackend

Tanınmaz hala düşən məşhur meyxanaçı İZLƏYİCİLƏRİNƏ ƏSƏBLƏŞDİ – AYIB OLSUN – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Aqşin Fateh əməliyyat olunub.

Bu barədə İnterpress.az-a Aqşin Fateh özü məlumat verib.

O bildirib ki, burnunda olan çəpər əyriliyi və burun qanadlarında qığılcımlı elastik plitələrin zədələnməsi səbəbindən əməliyyat olunub: “Məndə burunda problem var idi, çox əziyyət verirdi mənə. Uzun illərdir ki, həkimlər mənə deyirdi ki, bu, gələcəkdə səhhətində böyük problemlər yaradacaq. Amma mən əhəmiyyət vermirdim. Deyirdim ki, nə olacaq? Bir şey olan deyil. Vaxt keçdikcə görürdüm artıq məndə halsızlaşma kimi əlamətlər özünü göstərir. Yaxın bir dostum var, o mənə dedi ki, sənin beyninə hava işləmir. Özüm də hiss edirdim ki, burnum normal fəaliyyət göstərmir. Mən də əməliyyatdan qorxduğum üçün yubadırdım. İki-üç ildir ki, bugün-sabah deyə-deyə vaxt keçirdi. Həm də ki, toylar imkan vermirdi ki, düşüm üstünə, birdəfəlik yoluna qoyum. Axır ki, o gün özümü dəhşət piss hiss elədim. Təsəvvür edin, nəfəs ala bilmirdim. Qərara gəldim ki, əməliyyat olunum. Həm burnumdakı çəpər əyriliyi əməliyyatı olundu. Həm də, burun qanadlarında qığılcımlı elastik plitələr zədələnmişdi ki, nəfəs almağımda problemlər yaradırdı. Mənim burnum həm də uşaq vaxtı daş dəymişdi deyə zədələnmişdi. Burnumun görünüşündə əyrilik də müşahidə olunurdu”.

Meyxanaçı sifətindəki şişlərin və göyərmələrin baş vermə səbəblərindən də danışıb: “Üzümdəki göyərtilər öz səhlənkarlığımdan baş verib. Həkimlərin xəbəri olmadan əməliyyatdan sonra axşam dözmədim siqaret çəkdim. Ondan sonra sifətimdə şişlər və göyərməl baş verdi. Sən demə, narkozdan sonra siqaret çəkmək əks-reaksiya verirmiş”.

Qeyd edək ki, A.Fateh son illər meyxana aləmindən uzaqlaşaraq dini mahnılar oxumağa başlayıb. Sənətçi bunu inancı ilə əlaqələndirib.

Səid Qərib
İnterpress.az

Tanınmaz hala düşən məşhur meyxanaçı İZLƏYİCİLƏRİNƏ ƏSƏBLƏŞDİ – AYIB OLSUN - FOTO - VİDEO

Tanınmaz hala düşən məşhur meyxanaçı İZLƏYİCİLƏRİNƏ ƏSƏBLƏŞDİ – AYIB OLSUN - FOTO - VİDEO

Tanınmaz hala düşən məşhur meyxanaçı İZLƏYİCİLƏRİNƏ ƏSƏBLƏŞDİ – AYIB OLSUN - FOTO - VİDEO