Poroşenko ukraynalı nümayəndələrin MDB orqanlarından geri çağırılması barədə əmr imzaladıbackend

Poroşenko ukraynalı nümayəndələrin MDB orqanlarından geri çağırılması barədə əmr imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

\”Bu gün mən Ukrayna münayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağrılması barədə müvafiq əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim bu orada təmsil olunmağımızın mənası yoxdur\”, – deyə P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarda iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. \”Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki, Ukrayna heç vaxt bu quruma daxil oilmayıb\”, – deyə P.Poroşenko vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə Ukraynanın MDB-dən rəsmi şəkildə çıxması ilə bağlı sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-də MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlik MDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.

Qeyd edək ki, Ukrayna 1991-ci ilin dekabrında MDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yure MDB üzvü sayılmırdı.

İnterpress.az