Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verdibackend

Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xadjimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

Hikmət Hacıyev qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında deyib:

\”Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir\”.

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq. (trend)

İnterpress.az