Telman İsmayılov hücuma keçdibackend

Telman İsmayılov hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az virtualaz.org-a istinadən xəbər verir ki, \”AST Telman” agentliyi onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurmaqd günahlandırır, barəsində dərc edilmiş seriya məqalələrə görə 1 milyon rubl təzminat tələb edir.

İsmayılovun vəkili Marina Rusakova RBC-ya bildirib ki, agentlik onun müdafiə etdiyi şəxs barədə dəfələrlə yalan məlumatlar yayıb, bu zaman guya \”Rusiya İstintaq Komitəsindəki mənbəyə” istinad edib. \”Rosbalt”ın baş redaktoru Nikolay Ulyanov isə bildirib ki, ona iddia barədə hələlik məlum deyil.

Rusiya İstintaq Komitəsi Telman İsmayılovu və qardaşını iki biznesmenin qətlinə sifariş verməkdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda ittiham edir. Onun qardaşı Vaqif İsmayılov hazırda həbsdədir. T.İsmayılov isə Avropa ölkələrindən birindədir, barəsində beynəlxalq axtarış elan edilib. Bu yaxınlarda o, uzun müddətdən bəri ilk dəfə üzə çıxıb və internet vasitəsilə müraciət yayaraq barəsində irəli sürülən itthamların sübuta söykənmədiyini, habelə qardaşının həyatına təhlükə olduğunu bildirib.

İnterpress.az