Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTObackend

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat Sabir Rüstəmxanlının 72 yaşı tamam olur.

İnterpress.az xəbər verir ki, Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilib. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 30-dan çox kitabın müəllifidir, onlardan 10-u xarici ölkələrdə çap edilib. Rus və fars dillərini bilir.

1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, xüsusi müxbir, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb.

1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.

2003-cü il prezident seçkilərində namizəd kimi iştirak edib.

Onun «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.

S.Rüstəmxanlının ötən il ictimaiyyətə təqdim etdiyi \”Akademikin son əsəri\” kitabı Azərbaycan xalqının üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr edilib.

S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis edib, iki il onun baş redaktoru olub.

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür- FOTO

İnterpress.az