Azərbaycanda QHT rəhbəri müsəlmanları təhqir etdi: “Şərəfsiz…”backend

Azərbaycanda QHT rəhbəri müsəlmanları təhqir etdi: “Şərəfsiz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə inanclıların ünvanına ağır sözlər söyləyib. O, müsəlmanları “şərəfsiz” və “ərəblərə qul olan” adlandırıb. İnsanlar QHT sədrinin bu sözlərini sərt reaksiya ilə qaşılayıb. Lakin B.Tağıyeva onu tənqid edənlərə özünəməxsus tərzdə cavab verib, eyni zamanda yenidən insanları təhqir etməkdən çəkinməyib.

Xatırladaq ki, bir müddət bundan öncə də Bəxtimşah Tağıyeva müsəlmanları təhqir edib. Bununla yanaşı, ölkədə azan səsinin qarşısının alınmasını istəyib. Məsələ ictimailəşdikdən sonra sosial şəbəkə profilinin oğurlandığını və statusun onun tərəfindən yazılmadığını bildirib. Lakin bu dəfə QHT rəhbəri bəhanə gətirməyib və sözünün üzərində durub.

Qeyd edək ki, Ramazan ayı daxil olduqdan sonra bir sıra şəxslər sosial şəbəkələrdə müsəlmanları oruc tutduğuna görə ələ salmağa başlayıb. Onlar həmçinin Bəxtimşah Tağıyeva kimi təhqir etməkdən də çəkinmirlər. Bu yolla müsəlmanlar bir növ mübahisəyə və davaya təhrik edirlər. ( minval.info )

İnterpress.az