Elektrik xəttində GÜCLÜ QISAQAPANMA – VİDEObackend

Elektrik xəttində GÜCLÜ QISAQAPANMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu, Gəncə prospekti 24 ünvanında baş verən yanğın yenidən güclənib.

BiG.AZ xəbər verir ki, FHN-nin yanğənsöndürmə briqadasının söndürdüyü yanğın elektrik xəttlərində baş verən qısaqapanma zamanı yenidən güclənib. Hazırda sakinlər yenidən yanöınsöndürmə xidmətinə zəng etsələr də ərazidə elektrik enerjisi qapanması baş verdiyi üçün briqadanın əraziyə girmə ehtimalının olmadığını bildirib.

Məsələ ilə bağlı \”Azərişıq\” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlasaq da zəngimizə cavab verməyib.

Məsələ diqqətimizdədir, ətraflı məlumat veriləcək.

* * *
11:50

BiG. Az xəbər verir ki, yanğın Xətai rayonu Gəncə prospekti 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə baxımsız vəziyyətdə qalan boş sahə naməlum səbəblərdən yanıb. Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib və yanğının yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı qismən alınıb.

Hazırda yanğın tam söndürülməyib. Ətraflı məlumat veriləcək.

İnterpress.az