Ermənistanın bu barədə açıqlamaları cəfəngiyyatdır – XİN rəsmisibackend

Ermənistanın bu barədə açıqlamaları cəfəngiyyatdır – XİN rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az XİN-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

\”Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin \”yalnız sülh yolu ilə həlli\” barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır\”.

H.Hacıyev qəti şəkildə bildirib ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İnterpress.az