“Fənərbağça”nın baş məşqçisi istefa verdibackend

“Fənərbağça”nın baş məşqçisi istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un \”Habertürk\”ə istinadən verdiyi məlumatı görə, 53 yaşlı mütəxəssis qərarını \”Konyaspor\”a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.

Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

Qeyd edək ki, Aykut Kocaman \”Fənərbağça\”da ilk dəfə 2010 – 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında \”Fənər\” çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

İnterpress.az