Emosional qüvvəyə necə sahib olmalı?backend

Emosional qüvvəyə necə sahib olmalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Publika.az-a istinadən oxucuları emosional qüvvəyə nail olmaq üçün özünüzdə inkişaf etdirməli olduğunuz cəhətləri təqdim edir:

Sakitlik

Emosional baxımdan güclü insanlar heç vaxt heç kimlə, hətta özləri ilə mübarizə aparmayacaqlar. Onlar mənəvi sakitliyə malikdir ki, bu da onların gücüdür.

Cəsarət

Onlar ağrını hiss etməkdən qorxmurlar. Emosional baxımdan güclü insanlar ağrıya dözməyə hazırdır, çünki onlar bilirlər ki, bu, şəfanın bir hissəsidir. Emosiyalarını inkar etmirlər, çünki əmindirlər ki, onlarda hər şey nəzarət altındadır.

Səhvlərdən qorxmurlar

Onlar planları həyata keçməyəndə qorxmular. Həmçinin səhvlərdən də qorxmurlar, çünki onları başqalarının nə düşündükləri heç vaxt maraqlandırmır.

Hörmət qazanır, diqqət yox!

İnsanların diqqətinə və razılığına ehtiyacları yoxdur, çünki onlar özlərinə inanır və öz qiymətini bilir. Güclü insanlar əminliklə qərarlar qəbul edirlər və yalnız hörmət qazanırlar.

İnsanları qəbul etmək

Emosional güclü insanlar başqalarını olduğu kimi qəbul edirlər. Onlar hesab edirlər ki, hər bir insan unikaldır və onun öz duyumu var.

Özünü qəbul etmək

Emosional güclü insanlar öz həyatına görə məsuliyyəti öz üzərinə götürür və öz səhvlərinə görə heç kimi günahlandırmırlar. Onlar hər səhvi həyat dərsi kimi nəzərdən keçirirlər.

Emosional baxımdan sizi gücləndirən bu xüsusiyyətləri inkişaf etdirmək, asan deyil. Bunun üçün kamillik, nizam-intizam, insan təbiəti və mahiyyəti haqqında daha dərin anlayış tələb olunur.

İnterpress.az