Ekspert: Gürcüstan Ermənistan üçün “xilasedici dairə”dirbackend

Ekspert: Gürcüstan Ermənistan üçün “xilasedici dairə”dir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor Kamil Səlimov Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanın Gürcüstana səfərini şərh edərkən deyib.

Ekspert: Gürcüstan Ermənistan üçün “xilasedici dairə”dir

Gürcüstanın müstəqillik günü və ilk respublikanın qurulmasının 100 illiyi ilə əlaqədar mayın 26-da gürcü həmkarı Georgi Marqvelaşvilinin dəvətilə Sarkisyan Tbilisiyə səfər edəcək. Mayın sonunda Ermənistan baş naziri Nikol Paşinyanın da bu ölkəyə səfəri planlaşdırılıb.

Ekspertin fikrincə, bu günə qədər Ermənistan Gürcüstanın Cavaxeti vilayətinə iddia edir, anti-Gürcüstan siyasəti aparır və separatçıları dəstəkləyərək, bölgənin öz torpaqlarına birləşdirilməsinə çalışır.

O, Cənubi Osetiya üzərindən birbaşa daşımaları həyata keçirmək üçün nəqliyyat dəhlizi açmaq məsələsində rəsmi Tbilisi ilə razılaşmaq istəyir.

Yolun bu hissəsi Ermənistanın logistik problemini kəsin azalda bilər”, – Səlimov bildirib.

Professor qeyd edib ki, Paşinyan gürcü həmkarından gömrük rüsumlarını azaltmağı xahiş edəcək.

“Ermənistan bu gün iki stulda birdən oturmaq istəyir. Bir tərəfdən ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxır, digər tərəfdən isə Avropa Birliyinə daxil olmaq üçün üzərinə bir çox öhdəliklər götürüb.

Yerevan bu gün Avropa Birliyi ilə əlaqələri düzəltmək üçün Tbilisidən istifadə etməyə çalışır”, – Səlimov deyib.

Onun sözlərinə görə, Paşinyanın Gürcüstandakı görüşlərində müzakirə olunacaq məsələlərindən biri də Ermənistanın kənarda qaldığı Bakı-Tbilisi-Qars layihəsi olacaq.

“Ermənistan bu marşrutdan istifadə edə bilmir. Bu, ölkənin iqtisadiyyatına zərbə deməkdir”, – ekspert əlavə edib.

İnterpress.az