Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilibbackend

Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, Y.Eyvazov 2008-ci ildə Milan Beynəlxalq Opera müğənniləri müsabiqəsinin Qran Pri mükafatına layiq görülüb. O, 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

İnterpress.az