“Qəbələ” – “Qarabağ” matçında davabackend

“Qəbələ” – “Qarabağ” matçında dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Qəbələ\”nin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub. Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. \”Qarabağ\”ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman \”Qəbələ\”nin oyunçusu Sadıqovu da qolundan itələyib.

Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra \”Qarabağ\” hesabda öndədir – 1:0.

İnterpress.az