Ölkəyə banan idxalı artıbbackend

Ölkəyə banan idxalı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu məşhur tropik meyvənin idxalı 23,6% artıb.

Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib.

Azərbaycana banan idxalı, əsasən, “Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

İqtisadçı-ekspert Qubad İbadoglu hesab edir ki, ölkədə banan istehlakının artımı onun qeydiyyatsız idxalının azalması ilə izah oluna bilər.

İnterpress.az