“Keyxanım” ərə gedirbackend

“Keyxanım” ərə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-a açıqlama verən 37 yaşlı aktrisa bildirib ki, toyu mediaya qapalı olacaq: “Hər zaman mediaya böyük hörmətim olub. Mənə dəstək olmusunuz. Amma toyumda çəkiliş olmayacaq. Artıq bunu ilk dəfə rəsmi olaraq açıqlayıram. Yəqin ki, bir çoxları mənim bu şərtimi anlayışla qəbul edəcək. Çünki toyumuzda elə adamlar olacaq ki, onlar videoda və şəkillərdə yer almaqlarını istəmirlər. Artıq toyumun hazırlıqlarına başlamışam, 5 dəqiqə belə boş vaxtım yoxdur. Allah hər bir subay insana toy nəsib etsin”.

Qeyd edək ki, \”Keyxanım\” adı ilə tanınan aktrisanın gələcək həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.

Onu da əlavə edək ki, bu “Keyxanım”ın ikinci evliliyi olacaq. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.

“Keyxanım” ərə gedir

İnterpress.az