Əhəd Abıyev çobanların hədəfinə tuş gəldi – TƏCİLİbackend

Əhəd Abıyev çobanların hədəfinə tuş gəldi – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin olunması ilə bağlı yayılan xəbərlər əsasdır:

\”Əhəd Abıyev bildirdi ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir.

Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır.

Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.

Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm\” – deyə, məlumatda qeyd olunur.

İnterpress.az