Fazil Mustafa səfiri tarixi saxtalaşdırmaqda ittiham etdi – Dilavər Əzimli müdafiəyə qalxdıbackend

Fazil Mustafa səfiri tarixi saxtalaşdırmaqda ittiham etdi – Dilavər Əzimli müdafiəyə qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həsən Həsənov: \”Azərbaycan adlı ölkə e.ə 321-c ildə deyil, e.ə VII əsrdə yaranıb\”

Fazil Mustafa: \”Konkret Azərbaycan adı ilə yaradılan dövlət 1918-ci ildə yaradılıb\”

Dilavər Əzimli: \”Azərbaycanın Atropat adı ilə heç bir bağlılığı yoxdur\”

Fazil Mustafa səfiri tarixi saxtalaşdırmaqda ittiham etdi - Dilavər Əzimli müdafiəyə qalxdıHəsən Həsənov müəllifi olduğu kitabda Azərbaycan adlı dövlətin e.ə VII əsrdə yarandığını yazıb: “Hazırda dünya tarixində belə bir konsepsiya mövcuddur ki, Azərbaycan bir dövlət kimi bizim eradan əvvəl (e.ə) 321-ci ildə, Makedoniyalı İsgəndərin imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu barədə tarixçi Strabon yazıb. Əksər tarixçilərdə bu, şübhə oyatmayıb. Mənim tədqiqatım isə deməyə imkan verir ki, dəqiqləşmə aparaq. Əslində, Strabonun dedikləri düzdür. Lakin burada bir məqam var. Onun qeyd etdiyi kimi e.ə 321-c ildə Azərbaycan adlı ölkə yaranmayıb, məhz bərpa olunub. Bu, Azərbaycan dövlətçiliyinin yaranmasının ikinci mərhələsi olub. Ona görə də mənim kitabımın ilk hissəsi məhz ilk Azərbaycan dövlətinin nə vaxt yaranması haqqındadır. Özlərini tarixçi kimi qələmə verən bir sıra diletantlar Azərbaycan adlı dövlətin tarixdə mövcud olmadığını bildirirlər. Guya bu dövlət 1918-ci ildə yaradılıb. Bu fikirlər məişət səviyyəsində olan fikirlər olduğuna görə əslində heç tənqidə də yaramır\”.

Məsələ ilə əlaqədar olaraq, mətbuata açıqlama verən millət vəkili Fazil Mustafa bunun cəfəngiyyat olduğunu adlandırıb:

Fazil Mustafa səfiri tarixi saxtalaşdırmaqda ittiham etdi - Dilavər Əzimli müdafiəyə qalxdı“Mən bu cür cəfəngiyatlara bu yaxında yazdığım bir yazımda da cavab vermişəm. Bunlar hamısı məsuliyyətsiz tarixçilikdən və saxta vətənpərvərlikdən irəli gəlir. Azərbaycan dövləti deyəndə bizim bu ərazidə türklərin böyük axınla gəldiyi dövrdən başlayaraq yaranmış bütün türk dövlətləri nəzərdə tutulur. Azərbaycan dövlətinin indiki modeli Səlcuqlu Oğuz mədəniyyətinin yaratdığı dövlətçilik modelinin əksidir. Konkret Azərbaycan adı ilə yaradılan dövləti isə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 28 may bəyannaməsi ilə təsis etmişlər. Bizim bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Qədim zamanlarda ərazimizdə mövcud olmuş fərqli dövlət təsisatlarını söz oynatmaqla Azərbaycan adına uyğunlaşdırmağın elmi əsası yoxdur”.

“Təəssüflər olsun ki, hər bir yenilik ciddi etirazla qarşılanır”

Tarixçi alim Dilavər Əzimli isə İnterpress.az-a açıqlamasında əslində, bu məsələlərin mənbələrdə öz əksini tapdığını deyir. Tarixçi hesabe dir ki, bu vaxta qədər bizim mənbələr daha çox sovet dövründə öyrənilib. Biz də Qərb tarixçilərinin işlədiyi formada qəbul etmişik. Amma yenə də həmin mənbələri araşdırıb yenilikləri üzə çıxara bilərik: “Mənbəyə, gərək, qarşıda qoyduğun məqsəd naminə yanaşasan. Dünya mütəfəkkiri Hötenin bir sözü var ki, o deyir, tarix zamanından asılı olaraq yenidən yazılmalıdır. Ona görə yox ki, hansısa tarixi hadisələr baş verir. Ona görə yenidən yazılmalıdır ki, yeni nəzəriyyələr ortaya çıxır. Biz müstəqil bir dövlətik. Bu vaxta qədər bizim tariximizi yadlar yazdı. Bizə müxtəlif nəzəriyyələr sırıdılar. Bu istiqamətdə bizim başımızı qatdılar. İndi biz müstəqil bir dövlətik. Bizim bir hissəmiz Güneydədir, bir hissəmiz Quzeydədir. Burada böyük bir ərazi var, bu da bizə məlum olduğu kimi, Azərbaycan adlı coğrafi bir ərazidir. Bu ad həm coğrafi ərazi kimi, həm də dövlət kimi işlənir. İndi yeni-yeni müstəqil tarixçilər, tədqiqatçılar meydana çıxır və mənbələrə yenidən baxırlar. Bu baxımdan bu, çox bəyənilən bir hadisədir. Bu məsələyə də yeni nəzəriyyə ilə yanaşırıq. Əslində, bunun kökündə dayanan bir “Urmi” nəzəriyyəsi var. Ön Asiya ilə Urmiya ərazisi arasında ən qədim dövrdən dövlətlər olmuş, şimal tərəf də onların tam nəzarəti altında olmuşdur. Tədqiqatçı qarşısına qoyduğu mənbəyə giriş etməzdən əvvəl nə istədiyini tapmağı bacarmalıdır. Bu vaxta qədər bizim mənbələr daha çox sovet dövründə öyrənilib. Biz də Qərb tarixçilərinin işlədiyi formada qəbul etmişik. Amma yenə də həmin mənbələri araşdırıb yenilikləri üzə çıxara bilərik. Çünki, həmin mənbələrdə açılmayan tarixi məsələlər var. Təəssüflər olsun ki, hər bir yenilik ciddi etirazla qarşılanır. Amma zaman keçdikdən sonra onu qəbul edirlər”.

Fazil Mustafa səfiri tarixi saxtalaşdırmaqda ittiham etdi - Dilavər Əzimli müdafiəyə qalxdı“Təbii ki, Azərbaycanın Atropat adı ilə heç bir bağlılığı yoxdur”

D.Əzimli hesab edir ki, Həsən Həsənovun müəllifi olduğu \”Makedoniyalı İsgəndər və Atropat\” adlı kitabda bu barədə həqiqətlər öz əksini tapıb: “Sadəcə olaraq, burada bir şeyə diqqət etmək lazımdır ki, Azərbaycan adı necə yaranıb? Bu ərazinin ad məsələsi bəllidir ki, bizə ərəblər tərəfindən verilib. Təbii ki, Azərbaycanın Atropat adı ilə heç bir bağlılığı yoxdur. Mümkün deyil. Mən də hesab edirəm ki, bəli, eramızdan əvvəl burada ad olub. Hətta araşdırsaq digər müxtəlif adlar da ortaya çıxa bilər. Bu ərazidə Oğuz məsələsi də eramızdan neçə min illər əvvələ aid olan bir məsələdir”.

“Həsən Həsənova irad tutan şəxslərə demək istəyirəm ki, sizin tarixdən başınız çıxırmı?”

Tarixçi alimin Dilavər Əzimli Həsən Həsənova irad tutanları sərt şəkildə tənqid edib: “Mənim Türkiyədə bir tarixçi dostum İtaliyada Venesiya mənbələrində araşdırma aparıb. O mənə dedi ki, Venesiya dilini indiki italyanlar bilmir. Mütəxəssislər çox şeyi dəyişiblər. Orta əsr Venesiya mənbələrində İran adı keçmir. Qızılbaş dövləti qeyd olunur. Həsən Həsənova irad tutan şəxslərə demək istəyirəm ki, bunları bilrisinizmi və sizin tarixdən başınız çıxırmı? Siz götürüsünüz Avropa, ermənilərin, gürcülərin və ərəblərin bizə qarşı yazdıqlarını əzbərləyib danmağa başlayırsınız. Azərbaycan adı Makedoniyalı İsgəndər dövrü ilə bağlı ola bilməz, mümkün deyil. Azərbaycan dövlətinin VII-ci əsrdə Azərbaycan adlandırılmasından söhbət getmir. Söhbət o adın başqa formada – Adorbadaqan və digər formada ərəblərə qədər gəlməsindən gedir. Təbii ki, VII əsrdən də əvvəl lap qədim dövrdə də bu ərazilərin adı olub. Təbii ki, bu ərazilərdə qədim dövrlərdə də azərbaycanlılar yaşayıblar”.

Səid Qərib
İnterpress.az