Trampın “Twitter” mesajlarının sirri açıldıbackend

Trampın “Twitter” mesajlarının sirri açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Boston Globe” məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Trampın “Twitter” hesabında məlumatların yerləşdirilməsi zamanı ona Ağ Evdən əməkdaşlar yardımçı olur. Hər hansı hadisə barədə prezident nəsə yazmaq istəyəndə ona içərisindən seçə biləcəyi bir neçə cavab variantı təqdim olunur. Eyni zamanda o, düzəlişlər edə, mətnlərin və ya üslubun tərzini dəyişdirə bilər.

Mətnlər ABŞ liderinin üslubuna daha uyğun gəlsin deyə, yardımçılar nida işarələri, böyük hərflər, təsadüfi sözlər və qrammatik səhvlərdən istifadə edirlər.

İnterpress.az