Xalq şairi rayondan Bakıya gətirilir: “Haldan düşüb…”backend

Xalq şairi rayondan Bakıya gətirilir: “Haldan düşüb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a şair Musa Yaqubun nəvəsi Rüfət Qarazadə babasının durumu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Musa Yaqub mayın 25-də Bakıya gəlib müalicəsini davam etdirəcək: “Arada 2-3 günlük Bakıya gəlib türkiyəli həkimin müalicəsi alıb yenidən Buynuza qayıdır. 3 gün sonra Bakıya gələcək. Ümid edirik ki, müalicənin effekti olacaq. İştahı zəifləyib deyə haldan düşüb. 20 ildir babam parkinson xəstəliyinə tutulub, əsmələri və halsızlığı onun nəticələridir”.

Rüfət Qarazadə bildirib ki, deputatlar, şair və yazıçılar zəng edib Musa Yaqubun səhhəti ilə maraqlanır.

İnterpress.az