“Demokratiya fədaisi”nin düşmənləri – Aslan İsmayılov Qadir İbrahimlini də “qara siyahı”ya saldıbackend

“Demokratiya fədaisi”nin düşmənləri – Aslan İsmayılov Qadir İbrahimlini də “qara siyahı”ya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun CNNBaku.az saytının baş redaktoru İlkin İlqaroğlunu təhdid etməsi, jurnalistlər Məhəmmədəli Qəribli, Taleh Şahsuvarlı ilə çəkişmələr yaddan çıxmayıb.

2014-cü ildə vəkil özündən də qalmaqallı şəxs Xədicə İsmayılı özündən çıxara bilmişdi. Xədicə İsmayıl özünün \”Facebook” səhifəsində skandal status paylaşaraq Aslan İsmayılovu hədəfə almışdı: \”Böhtan kampaniyasına qoşulmaq alçaqlıqdır. Aslan İsmayılovdan bu qədərini gözləməzdim. Görünür, gözləntilərimizi ümumiyyətlə aşağı tutmalıyıq”.

Bu dəfə İstiqlal.az saytının təsisçisi, jurnalist Qadir İbrahimli ilə vəkil Aslan İsmayılovun qəzəbinə tuş gəlib.

Sfera.az xəbər verir ki, Qadir İbrahimlinin iddiasına görə, Aslan İsmayılov \”Facebook” sosial şəbəkəsində, daxili yazışmada ona söyüşlər yağdıraraq təhqir edib. Sonra bloklayıb. Qalmaqala səbəb isə Qadir İbrahimlinin Aslan İsmayılov haqqında \”Facebook” səhifəsində bu statusu yazması olub: \”25 ildir oliqarx nazirlərdən, onların qanunsuz biznes və monopoliyasından yazıram, hələ məhkəməyə verilməmişdim, ancaq vəkil Aslan İsmayılov məni məhkəməyə verib. A.İsmayılovun \”düşmənləri” siyahısına düşməyimin yeganə səbəbi \”istiqlal.az”-da A.İsmayılovu tənqid edən kiçik bir açıqlamanın getməsidir. Bu da \”demokratiya fədaisi\”.

“Demokratiya fədaisi”nin düşmənləri - Aslan İsmayılov Qadir İbrahimlini də “qara siyahı”ya saldı

“Demokratiya fədaisi”nin düşmənləri - Aslan İsmayılov Qadir İbrahimlini də “qara siyahı”ya saldı

İnterpress.az