BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənildibackend

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini Toğrul Musayev təmsil edib.

Sessiyada Azərbaycanın milli hesabatı təqdimat olunub, ötən müddətdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məruzə dinlənilib, sonra interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən BMT-yə üzv 106 dövlətin nümayəndələri ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair münasibət bildiriblər. Konstruktiv və səmimi şəraitdə keçən müzakirələr zamanı iştirakçı dövlətlərin nümayəndələrinin sualları ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb.

Toğrul Musayev çıxış edərək insan hüquqlarının qorunmasına xidmət edən məhkəmə-hüquq islahatlarından, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, müstəqil məhkəmə özünüidarə orqanlarının səmərəli fəaliyyətindən, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsindən və elektron məhkəmə sisteminin tətbiqindən, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən bəhs edib. Bildirilib ki, bu sahədə islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda, vəkillik təsisatının islahatı, Vəkillər Kollegiyasının müstəqilliyinin təmin olunması, bu qurumun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi və vəkillərin sayının artırılması ilə bağlı görülən konkret işlər diqqətə çatdırılıb. (apa)

İnterpress.az