Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzaladıbackend

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış Bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, sənəddə Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

İnterpress.az