Region Liqasının ilk qalibi bəlli oldubackend

Region Liqasının ilk qalibi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın “Uğur” və Mingəçevirin “Energetik” komandaları qarşılaşıb.

2:0 hesabı ilə qalib gələn “Uğur” 2017/2018 mövsümünün qalibi olub. III yeri isə “Füzuli” komandası tutub. Füzuli təmsilçisi “Araz-Naxçıvan”a penaltilərdə qalib gəlib.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Kuboku meydana millimizin hücumçusu Ramil Şeydayev gətirib.

Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.

Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev (“Şağan”) olub. “Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rəhimov (“Füzuli”) ən yaxşı qapıçısı seçilib.

Xatırladaq ki, cari mövsüm Premyer Liqanın qalibi Ağdamın “Qarabağ”, I divizionun qızıl medallarının sahibi isə Bakının “Xəzər” komandası olub.

İnterpress.az