Qız qaçırmaq insan oğurluğu deyil – Millət vəkili etiraz etdibackend

Qız qaçırmaq insan oğurluğu deyil – Millət vəkili etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qız qaçırmaq adam oğurluğu deyil\”.

İnterpress.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.

“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik” , – deyə o qeyd edib.

İnterpress.az