Azərbaycanda görülməmiş hadisə – HƏYƏTİNDƏ NARKOTİK BAĞI SALDIbackend

Azərbaycanda görülməmiş hadisə – HƏYƏTİNDƏ NARKOTİK BAĞI SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnterpress.az-a verilən məlumata görə, mayın 22-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini U.Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 35-50 sm olan 2153 ədəd çətənə kolu, evin eyvanından və qaraj hissəsindən isə hündürlüyü 100-120 sm olan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, çətənə bitkilərinin toxumu və qablaşdırmaq üçün istifadə olunan kibrit götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin qadın çətənə kollarını özü becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

İnterpress.az

Azərbaycanda görülməmiş hadisə - HƏYƏTİNDƏ NARKOTİK BAĞI SALDI

Azərbaycanda görülməmiş hadisə - HƏYƏTİNDƏ NARKOTİK BAĞI SALDI

Azərbaycanda görülməmiş hadisə - HƏYƏTİNDƏ NARKOTİK BAĞI SALDI