Parisdə etirazlar genişlənirbackend

Parisdə etirazlar genişlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yürüş iştirakçıları iş yerlərinin ixtisarı, əmək haqlarının indeksləşdirilməsinin dayandırılması və ali məktəblərə qəbulun məhdudlaşdırılmasına etiraz ediblər.

Paytaxtın mərkəzi küçələri ilə hərəkət edən yürüş dinc şəraitdə davam edib. İştirakçılar, “Makron, Fransa satılmır”, “Hakimiyyət cəmiyyətin qatilidir” kimi şüarlar səsləndiriblər.

Parislə yanaşı etiraz aksiyaları Lion, Tuluza, Bordo və Fransanın digər şəhərlərində də baş verib.

Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb. Parisdə hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.

Polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Etirazların yaranmasına səbəb hökumətin 2022-ci ilə qədər 120 min iş yerini məhdudlaşdırmaq qərarıdır.

Bu, keçən ilin mayında hakimiyyətə gəlmiş Emmanuel Makronun dövründə üçüncü böyük tətil sayılır. (trend)

İnterpress.az