DTX-dan milyonluq əməliyyat: əcnəbi kibercinayətkarlar həbs olundubackend

DTX-dan milyonluq əməliyyat: əcnəbi kibercinayətkarlar həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb.

Onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən cari fəaliyyətin, elektron bankçılığın qanunsuz və əsassız müdaxilələrdən müdafiə onunan şəkildə qurulmasının diqqətdə saxlanılmasını vacib hesab edir.

Bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyllərinin də artması müşahidə olunur.

İnterpress.az