Yeməyi bədən saatımıza uyğun olmayan vaxtlarda yeyirik?backend

Yeməyi bədən saatımıza uyğun olmayan vaxtlarda yeyirik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”\’Krallar və kraliçalar kimi səhər yeməyi ye\”
Bu gün səhər yeməyində, daha sonra naharda nə yediniz?

Yəqin ki, gündüz saatlarında, şorbadan qənnadı məmulatlarına uzanan təmtəraqlı bir şam yeməyindən çox daha yüngül bir şeylər yeyirsiniz.

Bəzi mütəxəssislər gündəlik kalorilərimizin çoxunu günün daha erkən saatlarında yeyib, axşam daha yüngül yeməyin bizi daha çox sağlam edəcəyi fikrindədir.

Arıqlamağa çalışan qadınlar arasında aparılan bir araşdırma nahar yeməyini daha erkən yeyən qadınların daha çox çəkidən azad olduğunu, bir başqa araşdırma da səhər yeməyini gec yeməyin vücud kütlə indeksi, yəni vücuddakı piylənmə ilə bağlı olduğunu ortaya qoyub.

Londondakı King\’s College universitetinin qidalanma elmi kafedrasından olan Dr. Gerda Pot qədim bir ingilis atalar sözünü xatırladaraq \”Səhər yeməyini krallar kimi, nahar yeməyini şahzadələr kimi, şam yeməyini isə yoxsullar kimi ye\” sözündə bir həqiqət olduğunu deyir.

İndi mütəxəssislər yemək yemə vərdişlərimizlə bədən saatı arasındakı əlaqəyə diqqəti yönəldiblər.

Nə vaxt yemək lazımdır?
Bədən saatı dedikdə ümumi olaraq nə zaman yatdığımızı müəyyənləşdirən fiziki müddət başa düşülür. Amma əslində saatlar vücudumuzun rəsmən hər bir hüceyrəsində mövcuddur.

Bu saatlar gündəlik həyatımızı davam etdirməyimizə imkan verir. Misal üçün, qan təzyiqimizi, bədən hərarətimizi, hormonlarımızı bircə-bircə nizamlayır. Səhərləri oyanmağımızı bu saatlara borcluyuq.

Mütəxəssislər indi yemə vərdişlərimizi araşdırır. Məsələn, vaxtsız saatlarda, ya da axşam çox gec saatda yemək yeməyin vücudumuzun ritmləriylə uyğun gəlib-gəlmədiyini yoxlayırlar.

Xrono-qidalanma, yəni yemək vərdişləri ilə bədən saatı əlaqəsini araşdıran Dr. Pot deyir ki:

\”Axşamları böyük bir pay yemək doğru deyil. Çünki o saatlarda vücud gecə istirahət etməyə hazırlıq mərhələsinə doğru yavaşlayır\”.

Britaniyadakı Surrey Universitetinin xronobiologiya və interqativ fiziologiya mütəxəssisi Dr. Jonathan Johnston isə vücudumuzun axşam saatlarında yeməyi daha çətin həzm etdiyinin aydın olduğunu, amma tədqiqatçıların hələki bunun səbəbini tam olaraq ortaya qoya bilmədiklərini söyləyir. Bir nəzəriyyəyə görə, bu, bədənin eneji istifadəsi ilə bağlıdır.

Yeməyi nə vaxt yediyimizin sağlamlığımızla əlaqəsi dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə ən mühüm sağlamlıq problemlərindən birinə çevrilib. Bu, ağır çəkilik ilə mübarizə baxımından da böyük əhəmiyyət daşıyır.

\”Əgər \”Nə yediyinizi çox dəyişdirmədən sadəcə yediyiniz saatları dəyişdirməklə belə arıqlaya bilərsiniz\” deyə biliriksə, ictimai sağlamlıqda çox mühüm bir inkişafın yolunu açmaq mümkün ola bilər\”, – Dr Johnston deyir.

Bundan başqa yemək saatlarının vaxtı, məsələn gündüz saatları xaricində dəyişən saatlarda əlavə işləyən tibb bacıları, həkimlər kimi peşə qrupları baxımından böyük əhəmiyyət daşıyır.

Bu peşə qrupları Britaniyada işçi qüvvəsinin 20%-ni təşkil edir.

Heyvanlar üzərində aparılan araşdırmalar müəyyən vaxtlarda yemək yeməyin bədən saatını yenidən nizamlaya bilməsinə kömək edəcəyini müəyyən edib. Mütəxəssislər indi bunun insanlarda da eyni nəticə verib-vermədiyini araşdırır.

10 nəfər üzərində aparılan bir araşdırmada Dr Johnston yemək saatlarını beş saat gecikdirmənin bədən saaatında da dəyişikliyə yol açdığını aşkar edib.

Bu kiçik miqyaslı bir araşdırma idi. Amma Dr Johnston yemək vaxtlarının nizamlanmasının , fərqli iş saatları ucbatından tarazlığı pozulan bədən saatlarını yenidən nizamlamaqda bir strategiya olaraq istifadə edilə biləcəyini və buna misal olaraq gecə işlərinin yol açdığı sağlamlıq problemlərini zəiflədə biləcəyi fikrindədir.

Cavabsız suallar
Onda gündüzləri yeməklərimizi daha tez yeməliyik?

Mütəxəssislər bu mövzuda dəqiq bir şey söyləmədən əvvəl cavab verilməsi lazım olan bir çox sual olduğunu düşünürlər.

Məsələn, yemək üçün ideal vaxtlar, ya da yeməkdən yayınmaq üçün lazım olan saatlar hansılardır?

Bəzilərimiz səhər tezdən, bəzilərimiz axşamlar daha enerjili biri olduğumuz üçün hər kəs üçün bu saatlar eyni ola bilərmi?

Müəyyən vaxtlarda yeyilməsi, xüsusilə zərərli qida növləri varmı?

İstər Dr Johnston, istərsə də Dr Pot, böyük pay yeməkləri daha erkən vaxtlarda, məsələn nahar yeməyi zamanı yemənin daha yaxşı olduğuna dair kifayət qədər tapıntıların olduğunu düşünür.

Xrono-qidalanma üzrə mütəxəssis, professor Alexandra Johnstone bu mövzuda bir az daha təmkinlidir.

Professor böyük pay yeməklərin daha tez yeyilməsinin sağlamlığımıza müsbət təsir etməsinə dair tapıntılar olduğunu deyir. O, bunun səbəblərinin daha yaxşı izah edilməsinin vacibliyini vurğulayır. (bbs)

İnterpress.az