Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında gəlirlərbackend

Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında gəlirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Azərbaycanda \”seks turizmi\” probleminin inkişafını şərh edərkən bildirib.

Bağırov bildirib ki, bu sahədə bir neçə gecə klubu fəaliyyət göstərir: \”Onlar Həsən Əliyev küçəsində, \”erməni qəbiristanlığı\”nın yaxınlığında yerləşir. Turistlər yüngül əxlaqa malik yerli qadınlarla tanış olmaq üçün bu klublara az qala qruplar halında gəlirlər\”.

Qeyd etmək lazımdır ki, ölkədə turizmin canlanması ilə Bakının Nizami küçəsində həyat daha da maraqlı olub. Bu küçədə dünyanın ən qədim peşəsinin sahibləri heç kimdən çəkinmədən öz xidmətlərini xarici vətəndaşlara təqdim edirlər.

Qiymətlərin elə də yüksək olmadığı nəzərə alınsa, çətin ki, çox adam onların xidmətindən imtina etsin. Bu sözlərin təsdiqi kimi ərəb turistlərin hotel nömrələrində pulsuz oyanaraq \”sevgi kahinləri\”nin qurbanı olması hallarını xatırlamaq olar.

Bu arada Bağırov qeyd edib ki, o, şəxsən qadınların Nizami küçəsində əcnəbi turistlərlə qiymət məsələsində sövdələşməsinin şahidi olub: \”Mən şəxsən ərəblərin bizim qadınlara yaxınlaşması və onlara əxlaqsız təklif etməsinə əmin olmaq üçün müşahidə aparırdım. Mən belə bir halın şahidi olmuşam. Həmçinin Nizami küçəsində qızların skamyada əyləşərək ərəblərin onlara yaxınlaşmasını gözlədiklərini də görmüşəm. Hətta bunu telefona da çəkmişəm\”.

Onun sözlərinə görə, yerli qızlar özləri əcnəbilərlə ünsiyyətə fəal şəkildə daxil olurlar. Azərbaycan Turizm Assosasiyasının rəhbəri hüquq-mühafizə orqanlarını əməli tədbirlər görməyə və qadınları ərazidən uzaqlaşdırmağa, həmçinin faktiki olaraq fahişəxana olan gecə klublarını bağlamağa çağırıb.

\”Görüləcək tədbirlərdən sonra təbii ki, turistlərin cüzi hissəsi Azərbaycana geri gəlməyəcək, lakin Respublika artıq özünü turizm ölkəsi kimi tanıda bilib və itki elə də çox olmayacaq\” — N.Bağırov vurğulayıb.

\”Təmiz Dünya\” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə isə, hazırda Bakıda işləyən yüngül əxlaqa malik qadınlar arasında faktiki olaraq xarici vətəndaş yoxdur: \”Ayrı-ayrı hallar qeydə alınsa da, qonşu ölkələrdən seks-sənaye sahəsində gəlir əldə etmək üçün Bakıya kütləvi şəkildə qadınların gəlməsi müşahidə olunmur. Əsasən, bu sahə ilə yerlilər məşğuldur\”.

Zeynalova artıq bir neçə ildir ki, Səhiyyə Nazirliyi ilə birgə \”Zərərin azaldılması\” proqramını həyata keçirməklə immun çatışmazlığı – QİÇS-lə mübarizədə, xüsusilə əhalinin ən həssas qrupuna yardım etməyə çalışdıqlarını bildirib. Hüquq-müdafiəçisi iddia edir ki, son zamanlar yüngül əxlaqa malik qadınların sayı azalıb.

\”Əgər gecə klublarında 15-20 nəfər olardısa, indi onların sayı dəfələrlə azalıb. Qadınlar real həyatdan sosial şəbəkələrə üz tutublar. Onlar öz şəkillərini və telefon nömrələrini paylaşır, menecerlərdən istifadə edirlər. Onlar arasında, hətta evli qadınları da görmək olar. Lakin onlar, tamamilə küçələrdən yığışmayıblar\” — Zeynalova vurğulayıb.

Nizami küçəsinə gəldikdə isə, həmsöhbətimiz orada yüngül əxlaqlı qadınların sayının azalmadığını, əksinə artdığını qeyd edib. O, bunu adıçəkilən əraziyə xarici vətəndaşların daha çox gəlməsi ilə əlaqələndirib: \”Demək olar ki, hazırda Hollandiya və digər ölkələrdə olduğu kimi ölkəmizdə də qadınların durduğu və özlərini təklif etdiyi küçə var\”.

İnterpress.az