Hicran Hüseynova: “Aqiyə Naxçıvanlı elə söz deməz”backend

Hicran Hüseynova: “Aqiyə Naxçıvanlı elə söz deməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Aqiyə Naxçıvanlının fikirlərinin konteksdən çıxarıldığını düşünürəm. O, elə söz deməz, çoxuşaqlılığa qarşı çıxa bilməz. Aqiyə xanım çox ağıllı, məntiqli insandır\”.

İnterpress.az xəbər verir ki, bunu \”Report\”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mili Məclisin komitə sədri Aqiyə Naxçıvanlının fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan hökuməti ailələrdə uşaqların sayının daha da artmasını dəstəkləyir: \”Biz çalışırıq ki, ailələrdə uşaqlar çoxalsın, artsın. Ona görə ki, Azərbaycan inkişaf edən ölkədir, bu gün bizdə demoqrafik problem yoxdur. Gündən-günə Azərbaycanda əhalinin sayı artır. Bizim əsas məqsədimiz hər bir ailəyə dəstək olmaqdır. Bunun üçün Azərbaycanda bütün imkanlar var. Bizdən asılı olmayan əsas məsələ ondan ibarətdir ki, valideynlər məsuliyyətlərini artırmalıdırlar. Valideyn məsuliyyətsiz olsa, biz nə qədər iş görsək də həmin ailədə istədiyimiz səviyyədə uşaqlar böyüməyəcək\”.

O qeyd edib ki, Milli Məclisdə yaxın vaxtlarda vacib bir qanun layihəsi müzakirə olunacaq: \”Qanun layihəsi zərərli vərdişlərin qarşısını almaqla bağlıdır. Həmin qanun layihəsində valideyn məsuliyyəti məsələsi çox ciddi qoyulacaq\”.

İnterpress.az