10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlandıbackend

10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM-dən İnterpress.az-a verilən məlumata görə, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib.

İnterpress.az