Zukerberq üzr istədibackend

Zukerberq üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC xəbər verir ki, Mark Zukerberq sosial şəbəkələr üçün əlavələrin müəllifləri tərəfindən şəxsi məlumatlardan qanunsuz istifadə edilməsi təhlükəsini vaxtında görə bilmədiyini vurğulayıb. O deyib: “Bu, səhv idi və mən səhvə görə üzr istəyirəm”. Zukerberq ABŞ Konqresində olduğu kimi, burada da eynən üzrxahlıq edib.

“Facebook”un yaradıcısı Avropa sakinlərini “qlobal cəmiyyətin böyük və son dərəcə vacib hissəsi” adlandırıb. O qeyd edib ki, Avropada “Facebook”dan 18 milyon kiçik biznes şirkəti kommersiya məqsədləri üçün istifadə edir. Üstəlik şirkətlərin əksəriyyəti buna görə bir sent də ödəmir. Onların yarısı kooperasiya nəticəsində yeni əməkdaşların tapılmasına nail olublar.

Avropa Parlamenti fraksiyasının rəhbərləri Zukerberqə kəskin suallar veriblər. Almaniyanın “dpa” agentliyi qeyd edir ki, Zukerberq bu sualları qeyri-müəyyən cavablandırıb. Belə ki, o, “Facebook”un sosial şəbəkə bazarını monopoliya etməsini təsdiqləməyib. Zukerberq deyib: “Mənim fikrimcə bizim hər gün yeni rəqiblərimiz meydana çıxır”.

İnterpress.az