İbrahimbəyova sual vermək lazımdır, hansı millətə xidmət edirsən?backend

İbrahimbəyova sual vermək lazımdır, hansı millətə xidmət edirsən?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu gün Azərbaycan milləti haqqında mənfi sözlər söyləyən kimdir? Bizim tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza xaincəsinə yanaşan, torpaqlarımızı işğal edən, bizi dünyada rüsvay etmək istəyən millətin adı nədir? Əlbəttə ki, erməni. İndi bu \”rüsvay\” edənlə, o \”rüsvay\” edən arasında nə fərq var? Bu gün bu ifadə yenidən gündəmə gəlir – sapı özümüzdən olan baltalar\”.

Bu sözləri Milli Məclisin deputatı Fəzail İbrahimli Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmini şərh edərkən deyib:

\”O rüsvayçılığın, o ifşanın, o mövqenin fərqləri nədən ibarətdir? Erməni tərəfinin, erməni müəlliflərinin, erməni rejissorlarının, erməni tarixçilərinin söylədiyi hər bir fikrə bələd olan insanlar bilir ki, bu, ermənidir. Müsəlman barədə necə yaxşı danışa bilər?! Amma öz millətinin içindən çıxıb vaxtilə ölkəsində böyük hörmət qazanan, dövlət tərəfindən himayə olunan, ən yüksək adlar verilən bir insanın ideoloji müharibədə belə bir mövqedən çıxış etməsi çox ziyanlı hərəkətdir. Rüstəm İbrahimbəyova sual vermək lazımdır – sən hansı millətə xidmət eləyirsən, nədir içindəki genetik kodun bu fırtınası, hardan yaranıb bu nifrət?\”

\”Hər bir insan genetik kodun hökmü ilə yaşayır. Genetik kod nəyi hökm edir, insan da onu icra edir\”, – deyə F.İbrahimli fikrini tamamladı.

Qeyd edək ki, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı \”vəhşi\”, \”qəddar\”, \”riyakar\”, \”mədəniyyətsiz\”, \”milli kökləri olmayan\” obrazda, ermənilər isə \”ailicənab\”, \”sülhsevər\”, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin senari müəllifi Rüstəm İbrahimbəyov, rrejissorları isə Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.(AzNews.az)

İnterpress.az