Bunu edən o mollalar Quranın əleyhinədir – Komitə sədribackend

Bunu edən o mollalar Quranın əleyhinədir – Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycanda yalnız rəsmi şəkildə təsdiq olunmuş şəxs din fəaliyyət ilə məşğul ola bilər\”

İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda rəsmi icazəsi olmadan dini və yas mərəsimlərini idarə edən mollalarla bağlı danışarkən deyib.

Komitə sədri bildirib ki, qeyri-qanuni dini mərasimlər icra etmək qəti qadağandır: \”Kimsə İslama zidd fəaliyyət göstərirsə inzibati qaydada cəzalandırılır. Qeyri-qanuni dini mərasim icra etmək qəti qadağandır. Bir nəfər əlinə təsbeh alıb, başına papaq qoyub, əyninə dini qiyafə geyinib, amma rəsmi icazəsi olmadan dini fəaliyyət göstərirsə, bu, qanunsuzluqdur. Hər şey qanun çərçivəsində olmalıdır. Buna qarşı mübarizə davam edir və gələcəkdə də davam edəcək. Bəzən belə şəxslər insanları aldadaraq qeyri-qanuni kəbin də kəsirlər\”.

\”Bəzən, ara mollaları \”Quran\”ı açaraq fala baxır. Bunu edən o mollalar \”Quran\”ın özündəki ayənin əleyhinə getmiş olurlar. Lənətlənmiş işi görən adam \”Quran\”a zidd iş görür. Ona görə də biz din sahəsində təkmil sistem yaradırıq\”, – deyə sədr əlavə edib.

İnterpress.az