Məktəb yaxınlığında yaşayan uşaqlar məktəblərə ilk qəbul olunacaqbackend

Məktəb yaxınlığında yaşayan uşaqlar məktəblərə ilk qəbul olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Komitə sədri deyib ki, bu məsələ hər il problem yaradırdı.

İnterpress.az