Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Norveçdəki soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı - VİDEO

Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Norveçdəki soydaşlarımız da qoşulublar.

Dərc edilib: 24 may 2018 [16:14]
Baxış sayı: 8819

İnterpress.az xəbər verir ki, Norveçdə CAN Təşkilatı və Norveç Azərbaycan Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə soydaşlarımız AXC-nin 100 illiyi ilə bağlı dünya azərbaycanlılarına təbrik mesajı ünvanlayıblar. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Norveçdə yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.

Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların
Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

Xaricdəkilər

1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
3. Benilüks Azərbaycanlıları Konqresi
4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
12. Norveçdə CAN Təşkilatı
13. Norveç Azərbaycan Gənclər Təşkilatı
14. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar

15. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi
16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
19. Gənclərin Həmrəyliyi İctimai Birliyi
20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
22. XX Əsrin Qadınları İctimai Birliyi
23. “Vəfa” Sosial-İctimai Birliyi
24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
25. Gəncə Regional Qadın Mərkəzi
26. DiasporTV
27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi
28. Dünya Gənc Türk Yazarlar Birliyi
29. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
30. Sabir Fondu
31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
32. Beynəlxal Mutikultural Şəbəkəsi
33. ENACTUS Azərbaycan
34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

İnterpress.az












Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335