Azərbaycan Xalq Cumhuriyyəti – 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib – FOTObackend

Azərbaycan Xalq Cumhuriyyəti – 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti – 100 və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.

İnterpress.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin marşı səsləndirilib.

Tədbirdə çıxış edən DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb: “Bu il Azərbaycanda cümhuriyyət tarixinin 100 yaşı tamam olur. Arazın o tayı və bu tayı Qacar xanədanlığı ilə çar Rusiyası arasında bölündüyü gündən mənəvi bağlılıq davamlı olaraq yaşadılıb. Əslində, bunu bir güzgüyə də bənzətmək olar, yəni Azərbaycanın şimalında baş verənlər cənubda, Güney Azərbaycanda baş verənlər isə simalda əks-səda doğururdu. Məsələn, 1905-1907-ci illərdə Arazın şimalında baş verən proseslər Güney Azərbaycana ciddi təsir göstərdi. Səttar xanın rəhbərliyi altında Məşrutə Hərəkatı başladı, ancaq qan içində boğuldu. Daha sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu, daha sonra Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında azadlıq mücadiləsi başladı. Cümhuriyyət bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra cənubdakı hərəkat da İran tərəfindən qan içində boğuldu”.

S.Rüstəmxanlı Gülüstan müqaviləsindən 190 il keçdiyini xatırladaraq Güney Azərbaycanı unutmağın mümkünsüzlüyünü vurğulayıb: “Bu müddət ərzində milləti müxtəlif vasitələrlə bölməyə çalışıblar. Ancaq bütün səylərə baxmayaraq, Arazın hər iki tayındakılar bir-birini yaxşı başa düşür. Güney Azərbaycanı, Azərbaycanın bütövlüyünü, tarixini, coğrafiyasını unutmaq olmaz. DAK olaraq, bu məsələləri gündəmə gətirməyi özümüzə borc bilirik. Azərbaycan Xalq Cümhuriyyəti 23 illik fəaliyyəti dövründə bir çox işlər görüb. Cümhuriyyətin dörd xarici işlər naziri olub, onların hamısı da İranla münasibətlərə xüsusi əhəmiyyət verib. Çünki İran Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanımır, ərazi iddiaları ilə çıxış edirdi. 1919-cu ilin yayından İranla ticarət əlaqələri quruldu, xeyli sayda müqavilələr imzalandı. Eyni zamanda Azərbaycanın Təbrizdə Baş Konsulluğu fəaliyyətə başladı”.

AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin böyük aparıcı elmi işçisi, tədqiqatçı-alim Əkrəm Rəhimli çıxışında bildirib ki, Cümhuriyyətin yaradılması Azərbaycan xalqının istək və arzularının nəticəsi idi: “Təbii ki, Cümhuriyyət qurucuları sırasında Məhəmməd Əmin Rəsulzadənin adını xüsusi qeyd etmək olar, çünki onun əməyi böyük olub. Bunu onun zəngin irsini tədqiq etməklə yaxşı görə bilərik. M.Ə.Rəsulzadə “İran türkləri” əsərində Güney Azərbaycan məsələsinə hərtərəfli toxunulub. Məhz qaşqayların türk olduğunu da Rəsulzadə ortaya çıxarıb. O, Səttar xanın rəhbərliyi altında başlanan Məşrutə hərəkatına hərtərəfli dəstək verib. Bu günə görə fəxr etməliyik”.

Daha sonra tədbirdə DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı çıxış edərək 22 May hadisələrindən söz açıb: “Bu il 22 may hadisələrinin növbəti ildönümü idi. 2006-cı ildə baş vermiş hadisələrdən 12 il ötür. “İran” qəzetində Azərbaycan türkləri tarakana bənzədilmişdi. Nəticədə Güney Azərbaycanı etirazlar bürümüşdü. Aksiyaların zorakılıqla yatırılması nəticəsində 30 şəhid verdik. Ancaq bununla bağlı heç bir tədbir keçirilmir, hadisə yad edilmir. Azərbaycanın İranla münasibətləri düzəlib deyə Güney Azərbaycanı unutmalıyıq? Bu gün Azərbaycanda guneylilərə qarşı ayrı-seçkilik var, problemlərimiz həll olunmur. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar Güney Azərbaycan məsələsinə laqeyd qalırlar. Azərbaycanda Güney Azərbaycan Ocağı yaradılmalıdır. Bakıda keçirilən qurultaylara Azərbaycandakı guneyliləri deyil, xaricdəkiləri çağırırlar”.

Fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyi münasibətilə geniş məruzə ilə çıxış edib. O, ilk növbədə bütün tədbir iştirakçılarını salamlayıb, daha sonra bütün Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibəti ilə təbrik edib.

Tədbirdə, həmçinin, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycan Demokrat Firqəsinin rəsmisi Yədulla Kənani və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Səid Qərib
İnterpress.az

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Xalq Cumhuriyyəti - 100 və Güney Azərbaycan” mövzusunda tədbir keçirilib - FOTO