Əfv siyahısında 634 şəxsin adı varbackend

Əfv siyahısında 634 şəxsin adı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, bir nəfər cəzasının çəkilməsi təxirə salınmış şəxs cəzadan azad olunub.

Eyni zamanda 9 nəfər azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad edilib.

Həmçinin islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunublar.

İnterpress.az