“Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz”backend

“Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırarkən deyib.

BAXCP sədri bildirib ki, 2013-cü ildə R.İbrahimbəyov Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü:
\”Bu gün susan Milli Şura rəhbərliyinin də çoxu bunu bilirdi, amma onun (Rusiyanın) vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər. KQB təəssüf ki, bizim bəzi ziyalıları sovet dövründə agent edib. Görünür, rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri ilə getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını. Rus FSB-si isə çox amansızdır, milli satqınlardan rezin kimi ömürlərinin qürub çağında da istifadə edir. Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz. Ona görə də mən ermənidən birbaşa pul almaq qarşılığında bunun edildiyini istisna edirəm.

Sonda bu milli xəyanətkarlar bilsinlər ki, bizim xalqımız onların təsvir etdiyi kimi qəddar və dözümsüz olsaydı, çoxdan onların bağırsaqlarını bu həqarətlərə görə bayıra tökərdi. Amma ermənilər bunu edərdi, Xocalıdakı günahsız körpələrə etdikləri kimi\”. ( olke.az )

İnterpress.az