Oqtay Əsədov sabah Gürcüstana səfər edəcəkbackend

Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, səfərdə məqsəd Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılmaqdır.

O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar və digər rəsmi şəxslər daxildir.

Qeyd edək ki, mayın 26-da Gürcüstan Demokratik Respublikanın yaranmasının 100 ili tamam olur. Bununla bağlı Tbilisidə geniş tədbir keçiriləcək.

Mərasimdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.

İnterpress.az