Dənizdəki qayıqdan tapılan meyitlərin kimliyi bilindi – RƏSMİbackend

Dənizdəki qayıqdan tapılan meyitlərin kimliyi bilindi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin \”Vixr-3\” gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.

İnterpress.az