Ata doğma qızlarına təcavüz etdi – DƏHŞƏTLİ OLAYbackend

Ata doğma qızlarına təcavüz etdi – DƏHŞƏTLİ OLAY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Konyaaltı qəsəbəsinin Altınkum məhəlləsində baş verən iyrənc olay bütün mətbuatın gündəmini zəbt edib.

36 yaşlı Ali İhsan Ç. mütəmadi olaraq qızlarına qarşı cinsi zorakılıq edib. O, daha sonra övladlarını hədə-qorxu ilə şantaj edərək hadisəni kimsəyə deməmələrini tələb edib.

O, 13 və 16 yaşlı məktəbli qızlarını dəfələrlə zorlayıb. Qızların sinif müəllimi məsələdən xəbrdar olub və cinsi təcavüzə məruz qalan şagirdləri otağına çağıraraq onlardan nə baş verdiyini öyrənincə dərhal hadisə barədə polisə məlumat verib.

Polis tərəfindən yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismara və cinsi zorakılığa qoymaqda ittiham olunan ata həbs olunub.

Qeyd edək ki, 36 yaşlı Ali İhasan Ç. üçü qız və biri oğlan olmaqla 4 uşaq atasıdır.

İnterpress.az