“Rüstəm ermənilərin forpostuna çevrilib” – Nahid Canbaxışlıbackend

“Rüstəm ermənilərin forpostuna çevrilib” – Nahid Canbaxışlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, özünü kinodramaturq və kinorejissor kimi təqdim edən Rüstəm İbrahimbəyovun \”Qafqaz trio”su filmi ilə tarixin bütün dönəmlərində türklərə qarşı soyqırım həyata keçirmiş erməniləri qəhrəman kimi təqdim etməsi və Azərbaycan xalqını gücsüz və düşmən obrazda göstərməsi ciddi etirazlara səbəb olub.

Elə bunun nəticəsidir ki, ölkənin tanınmış elm adamları, ziyalıları, eyni zamanda, xalqımızın bütün təbəqələrinin təmsilçiləri bu dönük Rüstəmə etirazlarını bildirməkdədirlər.

Erməni lobbisinin maliyyə dəstəyi ilə ərsəyə gətirildiyinə şübhə olmayan filmlə bağlı Qarabağ müharibəsinin qazisi, Vətəninfo.az saytının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, Rüstəm İbrahimbəyovun necə bir dəfşirmə biri olduğu hərkəsə bəllidir və onun dönük olduğunu bildikləri üçün erməni diasporası ondan geninə-boluna istiafadə edir:

\”Əgər, İbrahimbəy bilsəydi ki, soyunda Rüstəm kimi bir soysuz peyda olacaq,inanın soyadının İbrahimbəy olaraq davam etməsin istəməzdi.Bu gün İbrahimbəyin sümükləri məzarda sızıldayır və soyundan olan dönük Rüstəmi ruhu lənətləməkdədir. Rüstəm üçün əsas amal, məqsəd şəxsi maraqlarıdır.Bu dəfşirmənin bu günə kimi, Azərbaycan dövləti və xalqı ilə bağlı hansısa bir müsbət fikrinə rast gəlməmişəm. Bu gün virtual axtarış saytı \”google”də axtarış verdim və bir dənə belə bu satılmışın xalqımızla bağlı normal fikrini görmədim. Adam başdan-ayağa dönüklük və xəyanətkarlıq içərisində olub”.

N.Canbaxışlı qeyd edib ki, bu gün haqlı olaraq xalqımız bu dönüyə qarşı hiddətin ortaya qoyur: \”Azərbaycan xalqı tarixdə dəfələrlə ermənilərə qarşı humanizim göstərib süfrəmizdə oturmalarına belə izin verdik. Amma nə oldu. Bunlar oturduqları süfrəmizə xəyanət etməklə bərabər, evimizə, torpağımıza xəyanətdən çəkinmədilər. Necə ki, ermənilər rusların forpostudur, bu gün Rüstəm kimi satqın da ermənilərin \”forpostu\”na çevrilib.Tarix belə satqınları heç bir zaman bağışlamayacaq.Rüstəm tarixdə satqın və xəyanətkar biri olaraq yerini alacaq”.

İnterpress.az