Kiyevdə “Liverpul” azarkeşlərinə hücum: Xəsarət alanlar varbackend

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az apasport.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki restoranlardan birində yemək yeyən bir qrup \”Liverpul\” azarkeşi sayları 20-ni keçməyən maskalı xuliqanların hücumuna məruz qalıb.

Polislərin gücləndirilmiş iş rejimində işləməsinə baxmayaraq, insidentin qarşısını almaq mümkün olmayıb. Hücum nəticəsində xəsarət alan azarkeşlərin bədənlərində yara və kəsik izləri aşkarlanıb.

Hadisəyə görə məsuliyyət daşıyan şəxslərdən ikisi Kiyev polisi tərəfindən saxlanılıb.

Qeyd edək ki, sabah Kiyev \”Real\” və \”Liverpul\” arasında oynanılacaq Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək.

İnterpress.az