Bakıda itkin düşən 82 yaşlı qadın tapıldıbackend

Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.

İnterpress.az