Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Qarabağda müharibə başlasa, öz silahımla gələcəm” – Söyün Sadıqov

Azərbaycanlı oliqarx Qarabağda müharibə başlayacağı təqdirdə döyüşmək üçün Azərbaycana gələcəyi mesajını verib.

Dərc edilib: 25 may 2018 [22:00]
Baxış sayı: 69135

“Qarabağda müharibə başlayarsa, lazım olarsa, döyüşməyə avtomat silahla gələcəm”

Bunu İnterpress.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı oliqarx, “AzərRos”un keçmiş prezidenti Söyün Sadıqov deyib.

S.Sadıqov bildirib ki, çətin anlarda dövlətinin yanında olacaq:

“Məni tanıyanlar yaxşı bilir ki, mən 1990-cı ildən indiyə qədər millətimin, xalqımın yanında olmuşam. 90-cı illərin əvvəllərində Qarabağda çox olmuşam. Rusiyada da qarabağlılara çox kömək etmişəm. Hər tərəfli kömək etmişəm. Müharibə başlasa mən bu xəbəri eşidən kimi millətimin yanında – Azərbaycanda olacam. Əgər, lazım olarsa silahla gələcəyik. Müxtəlif cür silahlar ola bilər, avtomat da ola bilər. Lazım olsa, mənim başqa növ silahlar da ola bilər. Lap əgər lazım olarsa, sözlə də müharibə edərik. Çünki əgər, mən dövlətimin, xalqımın, millətimin övladıyamsa, hər zaman çətin anlarda yanında olmalıyam”.

“Mən yaşadığım Rusiyada da düşmən ermənilərə qarşı dəfələrlə mübarizə aparmışam. Hər zaman onlara “protiv” olmuşam. Mən “AzərRso”dan çıxandan sonra təşkilatın düşmənə xidmət etməyi haqda iddia edə bilmərəm. Amma görünən odur ki, təşkilat məndən sonra həddindən artıq zəif fəaliyyət göstərir. Çünki ətrafına regional təşkilat bölmələrini yığa bilməyib”, - deyə “AzərRos”un keçmiş prezidenti Söyün Sadıqov deyib.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134