Dövlət Statistika Komitəsində yeni təyinatlar olubbackend

Dövlət Statistika Komitəsində yeni təyinatlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.

İnterpress.az “Report”a istinadən verdiyi məlumata görə, indiyə qədər idarənin rəis olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.

Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.

İnterpress.az