Müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki… – Kamran Əsədovbackend

Müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki… – Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadənin şagirdləri ekskursiyaya aparmasının məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanmaması barədə xəbər vermişdik. Daha sonra direktor sözügedən müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiyaya gətirməsini əsas gətirərək onun barəsində polisə şikayət edib. Bundan sonra məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.

Bəs, görəsən, müəllimin şagirdləri ekskursiyaya aparmaq hüququ varmı?

Məsələ ilə əlaqədar olaraq İnterpress.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Həbib bəy son dövrlər sosial şəbəkələr vasitəsilə populyarlıq qazanmış dəyərli müəllimlərimizdən biridir. Amma bəzi hallarda gənc nəslin nümayəndələri kütlənin küyünə gedərək elə düşünürlər ki, hansısa populyarlıq kiməsə qanunvericilik hallarını pozmaq hüququ qazandırır: “Təhsil haqqındakı qanuna görə, orta məktəblərin nümunəvi cəmlənməsinə görə və orta məktəblərdəki iaşə xidmətlərinin göstərilməsi qaydalarına görə müəyyən olunmuş qaydalar var. Bundan əlavə, 2014-cü ildə qəbul edilmiş müəllimin etik davranış qaydalarında göstərilib ki, hər bir müəllim Azərbaycan Respublikasının Konstitusiyasına və təhsil haqqında qanuna və digər təhsil barədə nəzərdə tutulmuş hüquqi-normativ aktlara riayət etməlidir. Əlbəttə ki, Həbib müəllimin niyyəti heç də pis deyil. Amma bu müəllim ilk növbədə qanunvericilik aktlarına riayət etməklə nümunə olmalıdır. Təbii ki, yeniliklər lazımdır. Amma nəzərə almaq lazımdır ki, yeniliklər hamısı qanun çərçivəsində olmalıdır”.Müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki... - Kamran Əsədov

“Onda sabahdan müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki, bəs, onları ekskursiyaya aparıram?”

K.Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda 4472 orta ümumtəhsil məktəbində çalışan 151 min müəllimdən 31 faizi gənclərdir. Bunların hər biri özbaşına hərəkət etsə, Azərbaycan təhsilində xaos yaranar: “Birincisi bu suala cavab vermək lazımdır ki, ekskursiya hansı hallarda ola bilər? Qanunvericilikdə tənzimlənir ki, ekskursiyalar yalnız təhsil müddətində məktəb direktorunun təqdimatı və rayon təhsil şöbəsinin razılığı əsasında həyata keçirilir. Proses isə belədir ki, hər hansı bir fənn müəllimi ilk növbədə sinif müəlliminə müraciət edir. Sinif rəhbəri yazılı qaydada məktə direktoruna müraciət edir. Əgər, o ekskursiya rayon daxilindədirsə, məktəb və rayon təhsil şöbəsinin razılığı əsasında həyata keçirilməlidir. Amma heç bir halda icazə verilmir ki, müəllim rayon ərazisini, kənd ərazisini, qəsəbə ərazisini şagirdlərlə birlikdə tərk etsin. Bu, artıq cinayət prosesinin tərkib hissəsi hesab oluna bilər. Bu, insanı qaçırtmaq kimi hala qədər gətirib çıxara bilər. Əlbəttə, Həbib müllimin niyyəti kifayət qədər təmiz və faydalı məqsədlər üçün nəzərdə tutulub. Amma Allah eləməmiş, birdən şagirdləri daşıyan nəqliyyat vasitəsində hər hansı bir xoşagəlməz və bədbəxt hadisə baş verərdisə, bu zaman heç kim Həbib müəllimi tanımayacaqdı. Hamı direktorun üstünə düşəcəkdi. Hamı məktəb direktorunu qınayacqdı ki, bəs, sən hara baxırdın? Hamı təhsil nazirini qınayacaqqdı ki, hara baxırsız?”.

K.Əsədov qeyd edib ki, qanunu bilməmək və bilmədən qanunsuzluğa yol vermək məsuliyyətdəna zad etmir: “Axı, qaydalar, qanunlar hüquqi-normativ aktlar var. Onda sabahdan müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki, bəs, onları ekskursiyaya aparıram? Yenə də ddeyirəm, Həbib müəllimin sosial şəbəkədə aktivliyi müsbət qarşılanır. Amma qanunu bilməmək və bilmədən qanunsuzluğa yol vermək məsuliyyətdəna zad etmir”.

Müəllimlər götürsün 10-cu, 11-sinif qız uşaqlarını meşəyə aparsın ki... - Kamran Əsədov“Heç bir müəllim hansısa məqsədindən aslı olmayaraq şagirdi aktiv tədris prosesindən kənarlaşdıra bilməz”

Ekspert müəllimin icazəsiz şəkildə şagirdləri ekskursiyaya apardığına görə orta məktəb direktorunun polisə müraciət etməsini müsbət dəyərləndirib. K.Əsədov hesab edir ki, orta məktəb direktorunun polisə müraciət etməsi tamamilə qaydalar çərçivəsində idi: “Direktorun buna haqqı da var. Hətta ortada heç bir bədbəxt hadisə olmasa belə, direktorun məsələ barədə polisə müraciət etməmək hüququ yox idi. Çünki, iyunun 14-ə qədər aktiv tədris prosesidir. Heç bir müəllim hansısa məqsədindən aslı olmayaraq şagirdi aktiv tədris prosesindən kənarlaşdıra bilməz. Buna əmək məcəlləsi də icazə vermir. Birincisi, Həbib müəllimin özünün həmin vaxt dərs saatının olub-olmaması bilinmir. Mən əgər görsəm ki, Təhsil Nazirliyi məktəb direktorunu cəzalandırıb, inanın artıq mənim təhsil nazirinə sözüm olmayacaq. Çünki təhsil işçilərinin öhədikləri var. Qanunvericilikdə də göstərilir ki, etik davranış qaydalarına riayət edən müəllim hansı addımları necə nə vaxt atmalıdır. Məktəb direktoru deyir ki, yaxşı edirsən aparırsan ekskursiyaya. Amma bunun prosedur qaydaları var, axı”.

Ekspert Təhsil Nazirliyini fəaliyyətini sosial şəbəkə üzərində qurduğuna görə qınayıb: “Təhsil Nazirliyi çox təəssüf ki, bəzən sosial şəbəkələrdəki eyforiyaya qapılaraq sosial şəbəkədə aktiv olan müəllimləri mükafatlandırır. Ay qardaş, ay başınıza dönüm, Təhsil Nazirliyinin fəaliyyəti şəxsləri sosial şəbəkədki fəaliyyətinə görə qiymətləndirməkdən ibarət deyil. Təhsil müəssisəsindəki göstərdiyi xidmətə görə mükafatlandırmaq lazımdır. Hər kəs sosial şəbəkədə aktiv istifadəçidirsə, onda belə çıxır ki, Mark Zukerberq hamını təltif etməlidir ki?”.

Səid Qərib
İnterpress.az