Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı – VİDEObackend

Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən qaraj sahibləri belə iddia edirlər. Onların sözlərinə görə, həmin ərazidə özəl şirkət tərəfindən pilot layihəyə uyğun olaraq 16 mərtəbəli yaşayış binası tikilir. Sakinlər iddia edir ki, sənədləri olmasına baxmayaraq, tikinti şirkətinin işçiləri buna məhəl qoymur və onlara məxsus bir neçə qarajı söküblər.

Tikitni şirkətinin nümayyəndəsi Rəşad Rəhimov isə şikayətçilərin iddialarını qəbul etməyərək bildirib ki, ərazidə qarajı olan hər bir vətəndaşa əvvəlcədən söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Qarajda sahibkarılıq fəaliyyəti ilə məşğul olanlara kompensasiya verilməsi, digər vətəndaşlara isə tikiləcək binanın avtomobil dayanacağında yerin ayrılması təklif olunub. Qarajın əvəzinə şirkətdən ev istəyənlərə isə yox deyilib.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə \”Xəzər Xəbər\”ə bildirib ki, həmin ərazidə həqiqətən də pilot layihəyə uyğun olaraq yaşayış binası tikiləcək. Orada yerləşən qarajların sənədlərində qeyd olunub ki, sərəncam verilərkən şəhər əhəmiyyətli layihə həyata keçirildikdə həmin qarajlar sökülə bilər. Tikintini həyata keçirən şirkətə İcra Hakimiyyəti tərəfindən tövsiyə olunub ki, sökülən qarajların sahiblərinə yeni binanın dayancağından yer ayrılsın.

İnterpress.az